Bu gün "Qızıl top"un sahibi açıqlanacaq

2 Dekabr, 16:26 Sosial mediada paylaşın:
Bu gün Fransanın paytaxtı Parisdə "Qızıl top" mükafatının təltifetmə mərasimi keçiriləcək.
 
2019-cu ilin ən yaxşı futbolçusu son 3 namizəd sırasından seçiləcək. Bunlar İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi, İtaliya "Yuventus"unun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldu və İngiltərə "Liverpul"unun Niderlanddan olan müdafiəçisi Vircil van Deykdir.
 
İndiyədək Messi və Ronaldu 5 dəfə "Qızıl top" qazanıb. Van Deyk isə "3-lüy"ə ilk dəfə düşüb. Mükafatın ötənilki sahibi - "Real Madrid" və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç isə bu dəfə 30 nəfərlik ilkin namizədlər siyahısına belə düşməyib.
 
Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 23:30-da başlanacaq. 

CANLI YAYIM