"Breşiya" Fabio Qrossonu istefaya göndərdi

4 Dekabr, 11:30 Sosial mediada paylaşın:
İtaliyanın “Breşiya” klubu baş məşqçisi Fabio Qrosso ilə yolları ayırıb.
 
A Seriyası təmsilçisi noyabrın 4-də baş məşqçi təyin olunan 42 yaşlı mütəxəssisi uğursuz nəticələrə görə istefaya göndərib.
 
İtaliya yığmasının sabiq üzvünün əvəzinə Eugenio Korini baş məşqçi təyin edilib.
 
“Breşiya” 13 turdan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb.

CANLI YAYIM