Riberi bir aylıq sıradan çıxdı

4 Dekabr, 15:56 Sosial mediada paylaşın:
"Fiorentina"nın yarımmüdafiəçisi Frank Riberi zədələnib.
 
İtaliya A Seriyasının 14-cü turunun "Leççe" ilə ev oyununda (0:1) zədə alan 35 yaşlı yarımmüdafiəçinin nə qədər yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.
 
Sağ ayağının topuq nahiyəsindən zədə alan 36 yaşlı futbolçunun qarşıdakı 1 ayda komandaya kömək edəcəyi sual altındadır. Florensiya klubuna yayda "Bavariya"dan gələn Riberi cari mövsüm yeni komandasında 11 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmənin müəllifi olub.

CANLI YAYIM