FIFA-nın "Çelsi"yə tətbiq etdiyi transfer qadağası ləğv olunub

6 Dekabr, 16:47 Sosial mediada paylaşın:
FIFA-nın İngiltərənin "Çelsi" klubuna tətbiq etdiyi transfer qadağası ləğv olunub.
İDMANTV.AZ xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS)  qərar çıxarıb. London təmsilçisinin şikayətinə baxan qurum bu cəzanı ləğv edib. Bu da o deməkdir ki, "Çelsi" qış transfer pəncərəsi dövründə yeni futbolçu qeydiyyatdan keçirə biləcək. Qeyd edək ki, FIFA bu ilin fevralında "Çelsi"yə 2019-2020 mövsümünün sonunadək transfer qadağası qoymuşdu. Buna səbəb "zadəganlar"ın yetkinlik yaşına çatmayan 29 oyunçu transfer etməsi səbəb olmuşdu. 

CANLI YAYIM