Brendan Rocers "Lester"lə müqavilə müddətini yeniləyib

7 Dekabr, 11:01 Sosial mediada paylaşın:
“Lester”in baş məşqçisi Brendan Rocers klubla müqavilə müddətini 2025-ci ilə qədər artırıb. Klubun rəsmi saytına açıqlama verən şimali irlandiyalı mütəxəssis bunları söyləyib: “Mən “Lester”in təklifini qəbul edəndə sadəcə bu klubu çətin vəziyyətdən çıxarmaq istəmişdim. Bundan sonra isə gələcəyin komandasını qurmaq istəyirəm. Mənə güvənən və dəstək olan azarkeşlərimizə isə xüsusi təşəkkür edirəm. Biz “Lester”ə uğur qazandırmaq üçün birgə fəaliyyət göstərəcəyik”. 

CANLI YAYIM