Ekklstoun Hemiltona orden verilməsinin əleyhinədir

7 Dekabr, 11:18 Sosial mediada paylaşın:
Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun 6 qat dünya çempionu Lüis Hemiltona Böyük Britaniyanın Cəngavər ordeninin verilməsininin əleyhinədir. Avtoidman portallarından birinə açıqlama verən 89 yaşlı britaniyalı funksioner fikrini belə izah edib: “Mən belə qərarların əleyhinəyəm. 20 il bundan öncə mən də Britaniyanın Cəngavər ordeni ilə təltif oluna bilərdim, amma bundan imtina etdim. Çünki buna layiq olmadığımı düşünürəm. Axı mənim fəaliyyətim ölkəmə heç bir fayda verməyib. Bəlkə də, Böyük Britaniyaya nəsə xeyir vermişəm, amma bunu istəməyərəkdən etmişəm. Hemilton da ölkəmizə nəsə xeyir verə bilər, amma o gördüyü işi Britaniyaya görə etmir. Sadəcə sevdiyi işi görür. Halbuki ölkəmizə fayda vermək istəyən o qədər insan var ki, onlar maddi mənada bunun heç bir qarşılığını görmür”.

CANLI YAYIM