Naycel Pirson" "Votford"un yeni baş məşqçisidir

7 Dekabr, 13:09 Sosial mediada paylaşın:
İngiltərə premyer liqasında mübarizə aparan "Votford"a yeni baş məşqçi təyin olunub. Bir neçə gün öncə Kike Sançes Floresi istefaya göndərən klub rəhbərliyi bu posta Naycel Pirsonu dəvət edib. 56 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Pirson buna qədər "Sauthempton", "Lester", "Hall Siti", "Derbi Kaunti" və Belçikanın "Leuven" klublarını çalışdırıb. Onu da qeyd edək ki, Pirson bu mövsüm “Uotford”u çalışdıracaq üçüncü mütəxəssisdir. 

CANLI YAYIM