Nizami Paşayev 10 ildən sonra dünya çempionu elan edildi

7 Dekabr, 13:53 Sosial mediada paylaşın:
Beynəlxalq Ağır Atletika Federasiyası rəsmi şəkildə qazaxıstanlı atlet Vladimir Sedovu 8 illik diskalifikasiya edib və 2008-2016-cı illərdə qazandığı nəticələri ləğv edib.  Buna səbəb Sedovoun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir.  Məhz bunun məntiqi nəticəsi kimi  onun dünya çempionatından qazandığı üç medal (qızıl, gümüş və bürünc), eləcə də, Asiya birinciliyi zamanı əldə etdiyi üç mükafat (iki qızıl və bir gümüş medal) əlindən alınacaq. Məsələ ondadır ki, Vladimir Sedov 2009-cu ildə Cənubi Koreyanın Koyanq şəhərində keçirilmiş dünya çempionatında 94 kq-da qızıl medal qazanarkən ikinci yeri azərbaycanlı idmançı Nizami Paşayev tutub. Sedovun dopinq qəbul etməsinə görə nəticəsinin ləğv olunması nəticəsində qızıl medal Paşayevə çatıb Nizami Paşayev 2002 və 2009-cu illərdə də dünya çempionu olub. Onun aktivində 2001-ci ilin Avropa çempionluğu da var.

CANLI YAYIM