Qadınlardan ibarət voleybol millimizin yeni baş məşqçisi məlumdur

15 Dekabr, 10:49 Sosial mediada paylaşın:
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
46 yaşlı mütəxəssis Vasif Talıbov Covanni Kapraradan sonra millinin baş məşqçisi olub. Ona Famil Ağayev və Eldar Yusubov kömək edəck. Yeni baş məşqçinin ilk sınağı yanvar ayında Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə təsadüf edəcək. 
Xatıdladaq ki, Talıbov Vasif Rahib oğlu 1973-cü ildə Masallı rayonunda anadan olub. 1991-ci ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasının tərkibində Yeniyetmələr arasında olimpiya çempionu olub. O, voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü olmaqla bərabər Azərbaycan, Türkiyə, İran və Ukrayna klublarında çıxış edib. 2004-cü ildən məşqçilik fəaliyyətinə Ukraynanın Vinnitsa şəhərinin klublarında köməkçi məşqçi, baş məşqçi vəzifələrində çalışmağa başlayıb.
Məşqçilik fəaliyətindəki nəticələrini nəzərə alaraq 2013-cü ildə V.Talıbov Bakıya dəvət alıb və “Telekom” voleybol klubunun baş məşqçisi təyin edilib. 2014-cü ildə isə dəfələrlə Azərbaycan çempionu və klublar arasında dünya çempionatının qızıl medalçısı olmuş "Rabitə" klubunda baş məşqçi Zoran Qayiçın ikinci köməkçisi kimi çalışıb. 2017-2018-ci illərdə Talıbov Ukraynanın kişilərdən ibarət “Vinnitsa” voleybol komandasının baş məşqçisi olub.

CANLI YAYIM