Prosineçki: "Azərbaycan millisində böyük nəticələr əldə etmək üçün hər cür şərait var"

16 Dekabr, 11:43 Sosial mediada paylaşın:
Bosniya və Herseqovina millisindən istefa verən Robert Prosineçki yenidən millimizi çalışdıra bilər.
Nikola Yurçeviçin istefasından sonra məşqçi axtarışına çıxan AFFA rəhbərliyinin xorvatiyalı mütəxəssislə danışıqlar aparacağı istisna olunmur. Bunu Prosineçkinin özü də təsdiqləyib. Robert  millimizdə uğur qazanmağın mümkünlüyündən də danışıb: "Hər şey mümkündü, görəcəyik! Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var".
Xatırladaq ki, Robert Prosineçki Bosniya və Herseqovinadan əvvəl 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib. Onun başçılığı altında seçmə mərhələdə millimiz 10 xal toplayayaraq rekorda imza atmışdı.

CANLI YAYIM