Yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi başa çatıb

20 Dekabr, 13:29 Sosial mediada paylaşın:
Yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 176 idmançı gücünü sınayıb.
5 gün davam edən yarışın yekununda ən güclülərin adı müəyyənləşib. 2004-2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə Möhsün Həsənzadə (44 kq), Nihat Qurbanlı (46 kq), Mətin Məmmədov (48 kq), Tural Sarıyev (50 kq), Kamil Babayev (52 kq), Səid Abdullayev (54 kq), Tacı Tağızadə (57 kq), Sənan Hətəmov (60 kq), Asif Hüseynov (63 kq), Nicat Qurbanov (66 kq), Ənvər Babayev (70 kq), Murad Məhərrəmov (75 kq), Rəmiş Cəfərov (80 kq) və Rəşid Məmmədov (80 kq-dan yuxarı) qızıl medal qazanıblar.
Qaliblərə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.

CANLI YAYIM