Voleybol millimiz Niderlanddan 3 məğlubiyyətlə dönür

11 Yanvar, 11:38 Sosial mediada paylaşın:
Qadınlardan ibarət voleybol millimiz Olimpiadaya lisenziya turnirinin son turunda da uğuruzluqla üzləşib.
Niderlandın Apeldorn şəhərində keçirilən turnirin son oyun günündə millimiz Polşa seçməsinə heç bir müqavimət göstərə bilməyib – 0:3. Əslində ötən tur lisenziya şansını itirən millimizin formal xarakterli görüşdə də şərqi avropalılara ciddi müqavimət göstərəcəyini gözləməyə dəyməzdi. Nəzərə alaq ki, ötən tur polşalılar meydan sahibi Niderland millisini 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanmışdı. Bu oyunda millimiz ilk iki setdə 19 xal topladısa, 3-cü “hissə”də bir qədər fəallığı artırdı. Amma bu setdə də millimiz yalnız 23 xal topladı.

CANLI YAYIM