Fernandeş "Mançester Yunayted"lə razılığa gəlsə də, "Sportinq" 80 milyon avro tələb edir

17 Yanvar, 11:10 Sosial mediada paylaşın:
“Sportinq”in yarımmüdafiəçisi Bruno Fernandeş “Mançester Yunayted”lə müqavilənin şərtlərini razılaşdırıb.
“Daily Mail” nəşrinin məlumatına görə, portuqaliyalı futbolçu Mançester klubunda həftəyə 130 min funt-sterlinq məvacib alacaq. Hazırda danışıqlar gedir. İngiltərə təmsilçisi 25 yaşlı yarımmüdafiəçiyə görə Lissabon klubuna 50+10 milyon funt-sterlinq təlklif edir. Amma “Sportinq” bu qiymətlə razılaşmır və qarşı tərəfdən 80 milyon avro tələb edir.
Xatırladaq ki, Fernandeş bu mövsüm “Sportinq”in heyətində 15 oyunda 8 qol vurub.

CANLI YAYIM