Li Şarp: "Poqba "Mançester Yunayted" əfsanəsinə çevrilə bilər"

17 Yanvar, 14:30 Sosial mediada paylaşın:
“Mançester Yunayted”in sabiq futbolçusu Li Şarp klub rəhbərliyinə Pol Poqbanı komandada saxlamğı məsləhət görüb.
“Sky Sports” telekanalına açıqlamasında yarımmüdafiəçi bunları deyib: “Mən Poqbanın komandada qalmasını istəyirəm. Fikrimcə, o, “Mançester Yunayted”in əfsanəsinə çevrilə bilər. Dünya səviyyəli oyunçudur. Razıyam, fransalı futbolçu bəzi oyunlarda nəyə qadir olduğunu tam göstərə bilmir. Amma komanda Poqbaya uyğun qurulsa, yəni onun üslubuna uyğun futbolçular transfer etsə, fantastik təsir bağışlayacaq. Yeganə problem Poqbanın komandanı tərk etmək istəyi ola bilər. Əgər bu baş versə, onu saxlamaq çətin olacaq”.
Pol Poqba bütün turnirləri nəzərə alınmaqla bu mövsüm 8 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.

CANLI YAYIM