Venger: "Arsenal" ruhunu "Hayberi"də qoyub çıxdı"

21 Yanvar, 12:30 Sosial mediada paylaşın:
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger komandanın 2006-cı ildə “Hayberi”dən “Emireyts” stadionuna köçməsinə münasibət bildirib.
O, “topçular”ın ruhunun elə “Hayberi”də qaldığını deyib: “Klub mənim dövrümdə “Hayberi”ni tərk etdi. O stadion “Enfild” arenasına bənzəyirdi. “Hayberi”də ruhumuzu qoyub çıxdıq. Düzdür, bizə yeni stadion tikdilər, amma orada ruhumuzu tapa bilmədik. “Hayberi”nin atmosferinə söz ola bilməzdi”.

CANLI YAYIM