Sançes yanvarda "Mançester Yunayted"ə qayıtmayacaq

21 Yanvar, 12:37 Sosial mediada paylaşın:
Çilili hücumameyilli yarımmüdafiəçi Aleksis Sançes qış “transfer pəncərəsi” zamanı “İnter”dən “Mançester Yunayted”ə qayıtmayacaq.
Bu barədə İnigiltərə mətbuatı məlumat yayıb. Məsələ ondadır ki, müqavilədə “Mançester Yunayted”in istədiyi vaxt Sançesi geri qaytara biləcəyi ilə bağlı maddə yoxdur. Bu da o deməkdir ki, mançesterlilər icarə əsasında oynayan və 2022-ci ilin yayına kimi ona məxsus olan futbolçusunun xidmətindən məhrumdur.
Xatırladaq ki, Aleksis İtaliya A seriyasında keçirdiyi 4 oyunda 1 qol vurub.

CANLI YAYIM