"Barselona" Suaresi Obameyanqla əvəzləmək istəyir

22 Yanvar, 12:45 Sosial mediada paylaşın:
“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını “Barselona”da davam etdirə bilər.
Bu barədə İspaniyanın “El Mundo Deportivo” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, Luis Suaresin zədələnməsi səbəbindən hücumçu axtarışına çıxan katalonlar qabonlu futbolçunun transferi üçün “Arsenal”la danışıqlara başlamağa hazırdır. Obameyanq hazırkı klubu ilə müqavilə müddətini yeniləməkdə maraqlı olmasa da, mövsümün ortasında “topçuların” lider oyunçularından birini əldə etmək çətin olacaq. Görünür, elə ona görədir ki, “Valensiya”nın hücumçusu Rodriqo da “Barsa”nın siyahısındadır.

CANLI YAYIM