Almeyda BƏƏ klubuna keçib

22 Yanvar, 13:30 Sosial mediada paylaşın:
Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın yeni klubu məlum olub.
Ağdam təmsilçisindən ayrılan futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. 31 yaşlı braziliyalı ilə müqavilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. “Baniyas” BƏƏ çempionatında 12 turdan sonra 11-ci pillədə qərarlaşır.
Xatırladaq ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya üz tutmuş, ötən ilin yanvarında isə icarə əsasında yenidən Ağdam təmsilçisinə qayıtmışdı. 

CANLI YAYIM