Yemelyanenko həbs olunub

22 Yanvar, 17:30 Sosial mediada paylaşın:
Məşhur qaydasız döyüşçü, rusiyalı Aleksandr Yemelyanenko yenə həbs olunub.
Krasnodar vilayətinin Anapa şəhərində “Sport” bazasının istirahət guşəsində ictimai asayişi pozan idmançını polislər bölməyə aparıblar. Orada Aleksandr haqda protokol tərtib edilib və xırda xuliqanlıq faktı ilə ona 7 sutkalıq həbs cəzası kəsilib. Yemelyanenkonun Anapada aprelin 7-də Məhəmməd İsmayılovla döyüşə hazırlıq məşqi keçdiyni da vurğulayaq.
Xatırladaq ki, qaydasız döyüşçü 2018-ci ildə Kislavodsk şəhərində sərxoş vəziyyətdə iğtişaş törətdiyinə görə xuliqanlıq maddəsi ilə həbs olunmuşdu.

CANLI YAYIM