Brayant helikopter qəzasında həlak olub

27 Yanvar, 01:01 Sosial mediada paylaşın:
Adını basketbol tarxinə qızıl hərflərlə yazdıran “Leykers”in əfsanəsi Kobi Brayant helikopter qəzasında həlak olub.
Əfsanəvi basketbolçu ilə yanaşı helikopterdə daha 4 nəfər də qəza nəticəsində ölüb. Qeyd edək ki, Kobi hələ “Leykers”də çıxış edərkən şəxsi helikopterindən istifadə edirdi. 42 yaşlı Brayant 4 övlad atası idi. Onun sonuncu övladı 2019-cu ilin iyununda dünyaya gəlmişdi.
Xatılrladaq ki, 2016-cı ildə karyerasını bitirən əfsanəvi basketbolçu 5 dəfə MBA çempionu olub. Kobi 18 dəfə “All Star” görüşündə meydana çıxıb. 1996-cı ildə MBA-da debüt edən Brayant karyerası ərzində yalnız “Leykers”in heyətində çıxış edib.

CANLI YAYIM