Zaretska Parisdən qızıl medalla qayıdıb

27 Yanvar, 13:00 Sosial mediada paylaşın:
Parisdə startı verilən Karate 1 Premyer Liqası təmsilçulərimiz üçün uğurlu olub.
Qadın karateçimiz İrina Zaretska turniri qızıl medalla başa vurub. Finala gedən yolda Azərbaycan təmsilçisi norveçli Endrin Hilton, serbiyalı Andriana Vasoviç, çinli Qonq Li və yaponiyalı Kayo Someyanı məğlub edib. Həlledici görüşdə o, misirli Feryal Abdelazezə qalib gəlib. Daha bir karateçimiz Rafiz Həsənov isə mübarizəni bürünc medalla tamamlayıb.
Fransa turnirində 92 ölkədən 703 karateçi yarışıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanıblar.

CANLI YAYIM