Alonso "Reno"ya qayıda bilər

27 Yanvar, 14:00 Sosial mediada paylaşın:
Formula 1 üzrə iki dəfə dünya çempionu Fernando Alonso yenidən “Reno”ya qayıda bilər.
İspaniyanın “AS” nəşri xəbər verir ki, Daniel Rikkardonun komanda ilə müqavilə müddətuini yeniləmək istəməməsi səbəbindən bu prosesin sürətlənmə ehtimalı böyükdür. Rikkardo “Reno”nun prespektivinə inanmadığına görə komandanı tərk etmək istədiyini bildirib. Məlumatda avstraliyalı pilotun “Maklaren”ə keçmək niyyətində olduğu vurğulanır.
Alonso isə 2021-ci ildə Formula 1-ə qayıtmaq istədiyinə işarə vurub. Nəzərə alaq ki, onun “Reno” rəhbərliyi ilə yaxşı münasibətləri var.

CANLI YAYIM