Brayantın adı bu il Şərəf Zalına daxil edilə bilər

28 Yanvar, 17:27 Sosial mediada paylaşın:
Yanvarın 26-da helikopter qəzasında həlak olan Kobi Brayantın adı elə bu il MBA-nın Şərəf Zalına daxil edilə bilər.
Bu barədə MBA mütəxəssisi Şems Çeraniya “Twitter” hesabından məlumat yayıb. Brayantla yanaşı, bir vaxtlar MBA-da bir neçə çempionluq qazanan Tim Dankanla Kevin Qarnettinin də adı Şərəf Zalına daxil edilə bilər.
Yeri gəlmişkən, “New York Times” nəşri Kobi Brayantın şəxsi helikopterinin dumanlı havada hərəkət etmək üçün icazəsinin olması ilə bağlı məlumat yayıb. Qeyd etmək yerinə düşər ki, qəzanın səbəblərindən biri kimi məhz havanın dumanlı olması göstərilir.  

CANLI YAYIM