MHL klubları Rusiyaya səfər edə bilər

29 Yanvar, 15:29 Sosial mediada paylaşın:
Yaxın gələcəkdə MHL komandaları Rusiyaya səfər edə bilər.
Bu barədə MHL şərhçisi Elliot Fridman məlumat verib: “MHL rəhbərliyi liqada çıxış edən komandaların 2020/21 mövsümündə Rusiyaya yollanması ilə bağlı müzakirələr aparır. İndilikdə bu ideya ilə bağlı heç bir şərh verilmir, amma məsələyə ciddi yanaşıldığı faktdır. Potensial komandalar kimi isə “Vaşinqton Kapitalz” və “Sent Luis Blyuz”un adı çəkilir. Ümid edirəm ki, deyilənlər reallaşacaq”.
Qeyd edək ki, buna qədər MHL komandaları Stokholm, Helsinki, Berlin, Bern və Avropanın digər şəhərlərinə səfər ediblər.

CANLI YAYIM