Makqreydi: "Brayant həmişə "cavan yaşında ölmək istəyirəm" deyirdi"

29 Yanvar, 16:33 Sosial mediada paylaşın:
Sabiq basketbolçu Treysi Makqreydi yanvarın 26-da helikopter qəzasında həlak olan Kobi Brayant haqda dəhşətli etirafla diqqət çəkib.
TiMak kimi tanınan keçşmiş MBA ulduzu “Leykers”in əfsanəsinin özünə erkən ölüm arzuladığını deyib:  “İndi dilə gətirəcəyim fikirlər ağılsızlıq kimi görünə bilər, amma Kobi həmişə bu ifadəni təkrarlayırdı - “Mən cavan yaşlarında ölmək istəyirəm. Əbədiləşdirilməyi arzulayıram”. Həmişə deyirdi ki, karyerasının Maykl Cordanın karyerasından üstün olmasını istəyir. Kobi özünə erkən ölüm arzulayanda onun dəli olduğunu düşünürdüm. Yəni sağlam insan belə fikirləri niyə dilinə gətirsin?!”

CANLI YAYIM