Koelyo Brayantla birgə yazdığı əsəri tamamlamayacaq

30 Yanvar, 16:00 Sosial mediada paylaşın:
Məşhur braziliyalı yazıçı Paulo Koelyo Kobi Brayantla birgə yazdığı uşaqlar üçün kitabı tamamlamayacaq.
Bu barədə ABŞ-ın məşhur “Assoşeyted Press” agentliyi məlumat yayıb. Koelyonun “Kimyagər” əsərinin vurğunu olan mərhum basketbolçu 2016-cı ildə sevimli yazıçısına müraciət edərək onunla birgə kitab yazmaq istədiyini bildirmişdi. Bir neçə ay öncə isə tərəflər ideyanı həyata keçirməyə başlamışdı. Amma Brayantın ölümündən sonra Koelyu əsəri davam etdirməyin mənasızlığını anlayaraq onu nəşr etdirməyəcəyini bildirib.

CANLI YAYIM