Leonard: "Mən də Brayantın helikopteri ilə yol getmişəm"

31 Yanvar, 17:30 Sosial mediada paylaşın:
“Klippers”in lideri Kavay Leonard Kobi Brayantın faciəli ölümündə danışıb.
Ötən mövsüm “Toronto”ya MBA çempionluğunu qazandıran basketbolçu diqqətçəkən bir etiraf edib: “Mən Los-Ancelesə gəlməzdən öncə onunla helikopteri barədə söhbət etmişdim. Kobi ondan demək oar ki, yalnız Nyuportla Los-Anceles arasında hərəkət etdiyini, “son 17 ildir belədir” dedi. Mən özüm də bir neçə dəfə onun helikopteri ilə yol getmişəm. Mənzil başına tez çatmaq çox yaxşıdır, Kobi Brayant da məsafəni tez qət etməyi xoşlayan adam idi. Təəssüf ki, taleyində də mənzil başına tez çatdı. Hələ də ölümünə inana bilmirəm”.

CANLI YAYIM