Larkin Türkiyə vətəndaşlığını qəbul edib

2 Fevral, 13:00 Sosial mediada paylaşın:
“Anadolu Efes”in oyun qurucusu Şeyn Larkin Türkiyə vətəndaşlığını qəbul edib.
Amerikalı basketbolçu “İnstagram” səhifəsində son bir neçə ayda müzakirə olunan bu məsələyə aydınlıq gətirib: “Türkiyə millisinin şərəfini qoruyacağıma görə qürur hissi keçirirəm. Türkiyə bayrağını sinəmdə daşıyacağlma görə çox şadam. Bu mənim üçün həqiqətən də böyük şərəfdir”.
Xatırladaq ki, Larkin ötən mövsümdən bəri Avroliqada diqqət mərkəzində olan oyunçudur. O bu mövsüm dəfələrlə müntəzəm çempionatda turun oyunçusu seçilib. Larkinin Olimpiadaya lisenziya turnirində Türkiyə millisinə yardım edəcəyinə də nəzərinizə çatdıraq. “Ay ulduzlular” turnirin qrup mərhələsində Yunanıstan, Kanada, Çexiya, Çin və Uruqvay millisi ilə qarşılaşacaq.
 

CANLI YAYIM