Massa: "Ferrari" Fettelin çıxışını nəzarət altında saxlayacaq"

2 Fevral, 14:00 Sosial mediada paylaşın:
Sabiq Formula 1 pilotu Felipe Massa Sebastyan Fettelin qarşıdakı mövsümdəki çıxışını dəyərləndirib.
O, sabiq komandasının alman pilotu həssaslıqla izləyəcəyini bildirib: “Mənə elə gəlir ki, qarşıdakı mövsümdə “Ferrari” rəhbərliyi Fettelin çıxışını xüsusi nəzarət altında saxlayacaq. Məhz onun göstərdiyi nəticələr sonda yekun qərara səbəb olacaq. Bizə “Ferrari”nin yeni mövsümdə necə çıxış edəcəyini bilmək üçün yarışların ilkin mərhələsini izləmək qalır. Leklerə gəlincə, onun artıq komanda ilə uzunmüddətli müqaviləsi var. O, komandanın gələcəyi olduğunu sübut edib”.

CANLI YAYIM