İspaniya Qran-prisi Xeresdə keçirilə bilər

3 Fevral, 13:00 Sosial mediada paylaşın:
2021-ci ildə İspaniya Qran-prisi Xeres şəhərində keçirilə bilər.
İspaniya mətbuatının yazdığına görə, bu məsələyə may və ya iyun ayında aydınlıq gələcək. Əndəlüs regionunun rəhbəri Xuan Marin mətbuata açıqlamasında hələ heç bir anlaşma əldə olunmadığını söyləyib. Xatırladaq ki, Barselona Qran-prisi ilə müqavilə müddəti 2019-cu ildə başa çatsa da, İspaniya höküməti Formula 1-lə anlaşmanı daha bir il artırıb. Xeres isə “Liberty Media”ya 3 illik yeni müqavilə təklif edir.
Xatırladaq ki, MotoGP Qran-prilərindən biri Xeresdə keçirilir. 1997-ci ildə də burada Formula 1 yarışı təşkil olunub.

CANLI YAYIM