Həbibin atası Konorla təkrar döyüşün keçirilməsinə zərurət görmür

3 Fevral, 14:00 Sosial mediada paylaşın:
UFC versiyası üzrə dünya çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədov oğlunun Konor Makqreqorla revanş görüşü haqda şanslarından danışıb.
O, əvvəlcə irlandiyalı döyüşçünün hazırkı vəziyyətini dəyərləndirib: “Son döyüşündə Makqreqor heç də pis təsir bağışlamadı. Amma o, yarımorta çəki kateqoriyasında döyüşdü. Bu kateqoriyada yaxşı döyüşçülər çoxdur. Buna misal olaraq Usman, Kovinqton, Masvidal və Loulerin adını çəkmək olar. Makqreqorun nə üçün özünü ora saldığını deyə bilmərəm. Amma onun orada ilk “10-luğ”a düşəcəyinə inanmıram. O ki qaldı Konorun Həbiblə revanş görüşünə, bu döyüşün UFC prezidenti Deyna Vayta böyük pullar qazandıracağını düşünmək olar. Amma idman prinsiplərindən danışmaq lazımdırsa, bu görüşün heç bir əhəmiyyəti yoxdur".

CANLI YAYIM