Briatore: "Hemiltonun uğurunun sirri boliddədir"

5 Fevral, 13:00 Sosial mediada paylaşın:
Vaxtilə “Benneton” və “Reno”ya rəhbərlik etmiş Flavio Briatore deyib ki, Lüis Hemilton bolidin hesabına çempion olub.
Mətbuata açıqlama verən Formula 1-n sabiq funksioneri bildirib: “Luis ən güclü pilot olduğuna görə çempion olmur. Onun uğrurunun sirri boliddədir. Hemiltonu geridə qoymaq mümkündür. Nəzərə alaq ki, Luis xarakterli insandır, az səhv edir, amma güclü təzyiqlə üzləşsə, vəziyyət köklü şəkildə dəyişə bilər”.
Xatırladaq ki, Hemilton ilk dəfə 2008-ci ildə “Maklaren”də çıxış edərkən çempion olmuşdu. 2013-cü ildə “Mersedes”ə keçən britaniyalı pilot 5 dəfə mövsümü hamıdan öndə bitirib. Hemiltonun son 6 ildə yeganə uğursuzluğu 2016-cı ildə sabiq komanda yoldaşı Niko Rosberqdən geri qalması olub.

CANLI YAYIM