Federer: "Nadal təvazökar idi, sonradan dəyişdi"

7 Fevral, 18:00 Sosial mediada paylaşın:
“Böyük Dəbilqə” seriyalı turnirlərdə 20 dəfə qalib olmuş Rocer Federer əsas rəqiblərindən olan Rafael Nadalın karyerasının ilk illərini xatırlayıb.
İsveçrəli tennisçi Rafanın əvvəllər çox təvazökar olduğunu, amma sonradan dəyişdiyini söyləyib: “Nadal ilk illərdə çox təvazökar idi. Həmişə “mən Federerin məsələlərə yanaşması ilə razıyam” deyərdi. Amma sonradan dəyişdi. Əlbəttə, burada rəqabət də rol oynadı. İndi karyeramızın sonlarını yaşayırıq. Həyata baxışlarımız fərqlidir. Nadalın mənim rekordlarımı yeniləmək istəməsinə isə normal baxıram”.

CANLI YAYIM