Ferstappen: "İnkişaf üçün əlimizdən gələni edirik"

10 Fevral, 16:00 Sosial mediada paylaşın:
“Red Bull” pilotu Maks Ferstappen qarşıdakı mövsümdə komandasıının şanslarından danışb.
Niderlandlı hər Qran-pridə fəxri kürsüdə yer alacaqlarına ümid etdiyini bildirib: “İndi rəqiblərlə müqayisədə hansı vəziyyətdə olduğumuzu söyləmək çətindir. Amma biz inkişaf üçün əlimizdən gələni edirik. “Red Bull” doğru yoldadır. Ümid edirəm ki, 2020-ci ildə hər yarışdan sonra fəxri kürsüyə yüksələcəyik. Çünki ötən mövümün sonlarında rəqabətədavamlı görünürdük. “Mersedes” və “Ferrari” bizdən öndədir, amma onlara yaxınlaşırıq. Lakin bilmək lazımdır ki, üçüncülüyə iddialı rəqiblərimiz hazırda hansı səviyyədədir”.

CANLI YAYIM