Rivaldo: "Messi "Barsa"dan getsə, ya Çinə, ya da ABŞ-a üz tutacaq"

14 Fevral, 15:00 Sosial mediada paylaşın:
Yaxın keçmişin məşhur futbolçusu Rivaldo “Barselona”nın əsas silahı sayılan Messi haqda filirlərini bölüşüb.
O, argentinalı forvardın “Barsa”dan başqa bir klubda oynayacağını təsəvvür etmədiyini bildirib: “Leonun “Barselona”dan ayrılacağı ilə bağlı deyilənləri ciddi qəbul etmirəm. Məncə, Leo karyerasını elə “Nou Kamp”da başa vuracaq. O, 14 yaşından “Barselona”dadır. Messi kluba, klub da ona möhkəm tellərlə bağlıdır. Həm də komandadan getməsi ona fayda gətirməyəcək. Totti “Roma”ya, Rocerio Senni “San Paulu”ya necə sədaqətli olubsa, Messi də “Barselona”ya vəfasızlıq etməz. Amma əgər nə vaxtsa getsə, düşünürəm ki, ya Çinə, ya da ABŞ-a üz tutacaq. Bu addımda isə idman prinsipləri yox, maliyyə məsələsi əsas olacaq”.

CANLI YAYIM