Luis Fernandes: "Tuxel şeyxlərin gəlişindən sonra PSJ-nin ən pis məşqçisidir"

14 Fevral, 17:00 Sosial mediada paylaşın:
PSJ-nin sabiq baş məşqçisi Luis Fernandes komandanın hazırkı çalışdırıcısı Tomas Tuxeli tənqid edib.
Onun fikrincə, almaniyalı mütəxəssis Paris klubu üçün uğursuz seçimdir: “Ötən mövsümün nəticələrinə nəzər salaq. Rəqəmlər də göstərir ki, Tuxel şeyxlərin gəlişindən sonra PSJ-nin ən pis məşqçisidir. O, Klopp, Qvardiola, Ançelotti kimi məşqçilərin səviyyəsindən çox uzaqdır. Ötən mövsüm ÇL-in 1/8 finalında “M.Yunayted”ə məğlubiyyət də bunun növbəti təsdiqidir. Görək, indi “Borussiya”nı adlaya biləcəkmi? Halbuki, rəhbərliyin hədəfi ÇL-in finalına çıxmaqdır. Bunun üçün hər cür imkan var. Amma məşqçi amili həlledici ola bilər”.

CANLI YAYIM