"Real" İskonu satıb Mbappeni almağı planlaşdırır

15 Fevral, 09:00 Sosial mediada paylaşın:
Premyer liqa klubları “Real”ın yarımmüdafiəçisi İskonu transfer etməyi planlaşdırır.
İspaniya mətbuatının yazdığına görə, yayda “Arsenal”, “Çelsi” və “Mançester Siti” madridlilərin 27 yaşlı yarımmüdafiəçisini heyətinə qatmaq üçün mübarizə aparacaq. Məsələ ondadır ki, “Real” rəhbərliyi də İskonun satışının əleyhinə deyil. Belə ki, madridlilər İskonun satışından əldə etdiyi vəsaiti Kilian Mbappenin transferinə yönəltmək istəyir. Hazırda PSG-nin forvardı Zinəddin Zidanın əsas prioritetidir.

CANLI YAYIM