Meddison "Mançester Yunayted"ə keçmək istəyir

15 Fevral, 10:00 Sosial mediada paylaşın:
“Lester”in yarımmüdafiəçisi Ceyms Meddison karyerasını “Mançester Yunayted”də davam etdirmək istəyir.
Mançester klubu yaydan bəri 23 yaşlı futbolçunu heyətinə cəlb etmək üçün “Lester”ə təkliflər göndərsə də, hələ də tərəflər arasında razılıq əldə olunmayıb. Meddison güclü komandanın təklifindən xəbərdar olduğundan artıq “Lester”də qalmaq fikrində deyil. “Tülkülər” isə futbolçunu fikrindən döndərmək istəyir. Belə ki, “Lester” Meddisona 2023-cü ilə qədər yeni müqavilə təklif edir. Ceyms isə çıxış etdiyi klubun rəhbərliyi ilə danışıqlar masası arxasına əyləşmək fikrində deyil.
Xatırladaq ki, Meddison bu mövsüm premyer liqada keçirdiyi 24 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM