"Mançester Siti"nin cəzası azaldıla bilər

17 Fevral, 12:00 Sosial mediada paylaşın:
“Mançester Siti”nin avrokuboklardan kənarlaşdırılmasının müddəti 1 ilə endirilə bilər.
Britaniya mətbuatının məlumatına görə, böyük ehtimalla, Beynəlxalq İdman Arbitraj Məhkəməsi yaxın vaxtarda belə qərar qəbul edəcək. Lakin mançesterlilərin üzərindən ümumiyyətlə cəzanın götürüləcəyi və kluba pul cəzası kəsiləcəyi haqda söhbətlər də dolaşır. “Mançester Siti” CAS-dan PSJ ilə bağlı araşdırmalar aparılmasını da istəyir. Onların arqumentinə əsasən, parislilər Neymar və Mbappeni transfer edərkən “maliyyə feyr-pley” qaydalarını pozub, amma cəzalanmayıb. Onda “şəhərlilər” niyə diskvalifikasiya olunmamalıdır?

CANLI YAYIM