Sulşer "Mançester Yunayted" rəhbərliyindən narazıdır

17 Fevral, 13:00 Sosial mediada paylaşın:
“Mançester Yunayted”in baş məşqçisi Ule Qunnar Sulşer klub rəhbərliyindən narazıdır.
Britaniya mətbuatı yazır ki, mütəxəssis qışda onun istədiyi transferlərin həyata keçirilməməsini normal saymır. Bu vəziyyət isə Sulşerin mövsüm başa çatandan sonra komandanı tərk edəcəyi barədə xəbərləri gündəmə gətirib. Hətta klub bosslarının onunla işləməkdə maraqlı olmadıqlarını iddia edir. Xəbərdə hətta bildirilir ki, klubun hansısa səlahiyyət sahibi “Tottenhem”in sabiq baş məşqçisi Maurisio Poçettino ilə görüşüb. Lakin Massimiliano Alleqrinin də adı hallanır.

CANLI YAYIM