Hemilton "Mersedes"də qalacağına işarə vurub

17 Fevral, 14:00 Sosial mediada paylaşın:
“Mersedes” pilotu Luis Hemilton komanda ilə müqaviləsini yeniləcəyinə işarə vurub.
Mətbuata açıqlamasında britaniyalı pilot digər komandalarda dəyişiklik olmayacağı halda iş yerini dəyiməyəcəyini deyib. Ümumiyyətlə, Hemilton yaxın vaxtlarda böyük dəyişikliklərin olacağına inanmadığını bildirib. Amma “Ferrari” pilotu Sebastian Fettelin planlarından məlumatsız olduğunu da diqqətə çatdırıb. Luisin fikrincə, “Mersedes” komandasına yenə faydalı ola bilər.
Xatırladaq ki, “Ferrari” ilə “Red Bull”, müvafiq olaraq, Şarl Lekler və Maks Ferstappenlə müqavilə müddətini yeniləsə də, Sebastian Fettellə Luis Hemiltonda bu baş verməyib, çünki onların komandaları ilə anlaşması mövsümün sonunda başa çatır.

CANLI YAYIM