Klopp "Latsio"nun çempion olmasını istəyir

17 Fevral, 15:00 Sosial mediada paylaşın:
“Liverpul”un baş məşqçisi Yürgen Klopp İtaliya A seriyasında favorit gördüyü komandanın adını açıqlayıb.
Daha doğrusu, almaniyalı mütəxəssis “Latsio”nun çempion olmasını arzuladığını söyləyib: “Mən “Latsio”nu ön plana çəkərdim. Romalıların heyətində əvvəl bizim komandada oynamış Lukas Leyva çıxış edir. Bununla yanaşı, “Latsio”da çıxış edən Çiro İmmobile vaxtilə “Borussiya”da mənim başçılığım altında oynayıb. Mən bu klubu dəstəkləyirəm. Mauritsio Sarriyə görə üzülürəm, amma mövsümün komandası “Latsio”dur”.
 

CANLI YAYIM