Özilin qolundan öncə "Arsenal" futbolçuları 35 ötürmə edib

17 Fevral, 16:42 Sosial mediada paylaşın:
Öz meydanında “Nyukasl”ı 4:0 hesabı ilə məğlub edən “Arsenal” bir sıra maraqlı göstəricilərlə diqqət çəkib.
Belə ki, “topçular” təxminə 1 ildən sonra ilk dəfə premyer liqada böyükhesablı qələbə qazanıb: “Arsenal” 2019-cu il fevralın 27-də “Bornmut”u darmadağın etmişdi (5:1). “Nyukasl”la oyunda fərqlənən Məsut Özil ötən ilin aprelindən bəri ilk dəfə qol vurub. O da maraqlıdır ki, Özilin qol vurduğu epizodda “Arsenal” 35 ötürmə edib ki, bu da mövsümdə rekord göstəricidir.

CANLI YAYIM