Smollinq premyer liqaya qayıda bilər

18 Fevral, 12:00 Sosial mediada paylaşın:
Hazırda icarə əsasında “Roma”da çıxış edən “Mançester Yunayted”in müdafiəçisi Kris Smollinq “Tottenhem” və “Everton”un maraq dairəsindədir.
İtaliya mətbuatının məlumatına görə, mövsüm başa çatandan sonra Mançesterə qayıdacaq 30 yaşlı futbolçu dərhal başqa kluba üz tutacaq. İtaliyada “Yuventus” Smollinqi heyətinə cəlb etmək üçün planlar cızsa da, müdafiəçi yenidən premyer liqada oynamaq istəyir. “Mankunyanlar”ın Smollinqi 20 milyon avroya satmaq niyyətində olduğunu da qeyd edək.
Xatırladaq ki, bu mövsüm A seriyasında 19 oyuna çıxan Kris 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
 

CANLI YAYIM