Sulşer: "Nə yaxşı ki, oynadığım dövrdə VAR sistemi olmayıb”

18 Fevral, 16:00 Sosial mediada paylaşın:
“Çelsi” üzərində 2:0 hesablı qələbədən sonra “Maçester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer oyunu şərh etməklə yanaşı, maraqlı fikirlər də söyləyib.
Mütəxəssis VAR sisteminin tətbiqi məsələsinə də toxunub: “Bu gün biz hücumda çox keyfiyyətli təsir bağışladıq. Müdafiəmiz də inamlı idi. Sıraya qayıdan Erik Bayi əla oynadı. VAR-ın müdaxiləsi ilə “Çelsi”nin 2 qolu sayılmadı. Məncə, həmin epizodlarda hakimlər doğru qərar verdilər, amma nə yaxşı ki, oynadığım dövrdə bu sistem olmayıb”.
 

CANLI YAYIM