"Borussiya" Əmrə Canın transfer hüququna sahib çıxıb

19 Fevral, 12:54 Sosial mediada paylaşın:
Dortmund “Borussiya”sı Əmrə Canın transfer hüququna sahib çıxıb.
Bu barədə klubun rəsmi saytında məlumat verilib. Dortmundlular Almaniya millisinin üzvünü “Yuventus”dan qış transfer dövründə icarəyə götürmüşdülər. Xəbərdə vurğulanır ki, “Borussiya” Əmrə Canın transfer hüququna mövsümün sonunda yiyələnməyi planlaşdırsa da, futbolçunun inamlı oyunu sayəsində məsələ tezləşdirilib. “Yuventus”a artıq 25 milyon avro ödənilib. Beləliklə, Əmrə 4 mövsüm “Borussiya”da çıxış edəcək.

CANLI YAYIM