"Real" Reynieri təqdim edib

19 Fevral, 14:14 Sosial mediada paylaşın:
“Real” yeni transferi Reynier Xesus Karvalyonu ictimaiyyətə təqdim edib. 
“Santyaqo Bernabeu”da təşkil edilən təqdimat mərasimində futbolçu böyük bir kluba gəldiyi üçün qürur hissi keçirdiyini və əlindən gələni edəcəyini söyləyib. "Real" 18 yaşlı yarımmüdafiəçini Braziliya "Flamenqo"sundan 30 milyon avroya əldə edib. Məlumatda o da qeyd edilir ki, gənc futbolçu bir müddət “Real”ın ikinci komandasında, 3-cü liqada çıxış edən "Kastilya"da oynayacaq.

CANLI YAYIM