Holand kumiri ilə görüşmək istəyir

20 Fevral, 15:30 Sosial mediada paylaşın:
Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holand PSJ ilə oyundan sonra pərəstiş etdiyi futbolçudan danışıb.
Norveçli hətta onunla görüşmək istədiyini də bildirib: “Kriştianu Ronaldu ilə görüşmək arzusundayam. Bu istəyim reallaşan an ona “məhz sənin sayəndə futbolu sevmiş və futbolçu olmuşam” deyəcəyəm. Portuqaliyalı ulduz mənim üçün həmişə nümunə mənbəyi olub”.
19 yaşlı hücumçunun Norveçin “Bryune” klubunun yetirməsi olduğunu qeyd edək. O, yanvar ayında 20 milyon avroya “Zalsburq”dan “Borussiya”ya transfer olunub və dortmundlularla 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.