"Ferrari" Fettellə yeni müqavilə ilə bağlı danışıqlar aparmağa hazırdır

20 Fevral, 17:00 Sosial mediada paylaşın:
“Ferrari” Sebastian Fettellə yeni müqavilə ilə bağlı danışıqlar aparmağa hazırdır.
İtaliya təmsilçisi almaniyalı pilotu bu barədə hətta məlumatlandırıb da. Jurnalist Leo Turrini öz portalında məsələyə belə aydınlıq gətirib: “Bu, şahmat taxtasında ilk səliqəli gedişə bənzəyir. “Ferrari” Fettelə çatdırıb ki, onunla müqavilə imzalamağa hazırdır. İndi hər şey Sebastianın yeni bolidi ilə necə çıxış edəcəyindən və komanda yoldaşı Şarl Leklerlə münasibətindən asılıdır. Vurğulamaq yerinə düşür ki, Hemilton da “Mersedes”də qalmaq istəyir. Digər komandaların pilotları isə “qırmızılar”ı cəlb etmir. Ona görə Fettellə danışıqlar aparmaq ən məntiqli addımdır”.

CANLI YAYIM