"Eybar"ın baş məşqçisi: "Messi istirahəti meydanda edir"

21 Fevral, 10:40 Sosial mediada paylaşın:
“Eybar”ın baş məşqçisi Xose Luis Mendelibar “Barselona” ilə oyun barədə açıqlama verib.
O, Messinin görüşü buraxacağı ilə bağlı deyilənlərə münasibət bildirib: “Leonun bizimlə oyunu buraxacağına şübhə ilə yanaşıram. Guya ona istirahət veriləcək. Amma Messi istirahəti meydanda edir, harada mübarizə aparmağı və harada dincəlmək lazım olduğunu yaxşı bilir. Əksinə, oyunu kənardan izləmək ona əziyyətdir. “Osasuna”da işlədiyim vaxt İspaniya Kubokunda “Barselona” ilə səfərdə qarşılaşırdıq. Messinin zəhərləndiyini dedilər və Leo səhər məşqində olmadı, adı start heyətdə də yox idi. 0:2 uduzurduq, bir də gördüm Messi isinmə hərəkətləri edir. Leo meydana çıxdı və dubl edərək yekun nəticəni müəyyənləşdirdi”.

CANLI YAYIM